Türkiyə 7 il ərzində 1 milyon TOGG elektrik avtomobili istehsal etməyi planlaşdırır.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Yeddi ildən sonra yollarda bir milyon TOGG elektrik avtomobili görəcəksiniz”, – deyə Ərdoğan yerli jurnalistlərə müsahibəsində bildirib.

Onun sözlərinə görə, hazırda elektromobillərə tələbat əhəmiyyətlidir. Ərdoğan TOGG-un alınması üçün vətəndaşlara xüsusi kreditlərin verilməsi məsələsini müzakirə etmək üçün dövlət banklarının nümayəndələri ilə görüş keçirəcəyini istisna etməyib.

Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan aprelin əvvəlində Türkiyə istehsalı olan ilk TOGG elektrik avtomobilinin ilk sahibləri olublar. Ərdoğan  Azərbaycan prezidenti İlham Əliyevə və Özbəkistan prezidenti Şavkat Mirziyoyevə elektromobillər hədiyyə edib.

Oktyabr ayında Türkiyə istehsalı olan ilk seriyalı elektrik avtomobili TOGG-un istehsalı zavodunun rəsmi açılış mərasimi baş tutub. Model iki versiyada istehsal olunacaq - sedan və SUV.