Tayvan Boeing aerokosmik korporasiyasından 400 gəmi əleyhinə raket alacaq.
"Unikal" xəbər verir ki, bu barədə bazar ertəsi Bloomberg agentliyi əməliyyatın təfərrüatları ilə tanış olan mənbələrə istinadən məlumat yayıb .
Agentliyin yazdığına görə, söhbət taktiki “Harpun” raketlərindən gedir. İlk dəfə olaraq, bunlar əvvəllər olduğu kimi gəmi əsaslı deyil, yerüstü raketlər olacaq. Tədarüklər ABŞ Konqresinin 2020-ci ildə Tayvana silah satışı ilə bağlı qəbul etdiyi qərarın bir hissəsi kimi həyata keçiriləcək.
Aprelin 12-də “The Defence Post” portalı Pentaqonun bildirişinə istinadən xəbər yayıb ki, ABŞ Hərbi Dəniz Qüvvələri “Boeing” şirkəti ilə 400 ədəd “Harpoon” gəmi əleyhinə taktiki raketlərin və müvafiq avadanlıqların istehsalı və tədarükü üçün 1,7 milyard dollar dəyərində müqavilə imzalayıb. Departament daha sonra bu raketlərin Tayvan üçün nəzərdə tutulub-tutulmadığına aydınlıq gətirməyib.