Hazırda ABŞ-da yaşayan İranın vəliəhdi Rza Pəhləvi İsrailə səfər edib. O indiyə qədər yəhudi dövlətinə səfər etmiş ən yüksək rütbəli iranlıdır. 

"Unikal" xarici KİV-ə  istinadən xəbər verir ki, Rza Pəhləvi Qüdsdəki Yad Vaşem Holokost Muzeyində baş tutan Holokostu Anma Gününün başlanması ilə bağlı rəsmi dövlət mərasimində iştirak edib.

İranın vəliəhd şahzadəsi mərasimdən sonra “Tehran rejimi İran xalqını təmsil etmir” deyib. Pəhləvinin sözlərinə görə, hazırkı İran rejimi Holokostu tanımadığından, o, milləti adından İsrailə dəstəyini göstərməyi şəxsən öz vəzifəsi hesab edir.

“Bu, iki ölkəmizin əsrlər boyu davam etdirdiyi bibliya münasibətidir və bu gün, Holokostu inkar edən bir rejimə malik olduğumuz zaman, Holokost qurbanlarının xatirəsini ehtiramla yad etmək üçün burada həmvətənlərimi təmsil etmək mənim borcumdur. Yəhudi millətinə və onun xalqına hörmət edin." - İranın vəliəhdi Rza Pəhləvi deyib.

Gülayə Mecid