"Bu seçkidə qalib gələcəyik, Kamala (Kılıçdaroğlu - red.) əlvida deyəcəyik. Bundan sonra Kamal bəy mətbəxdə oturub "TikTok" çəksin".
"Unikal" xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri və AK Partiya İstanbul 2-ci bölgə millət vəkili namizədi Süleyman Soylu deyib.
O, Beşiktaşda seçicilərlə görüşündə qeyd edib ki, ölkədə uzaqgörən, sağlam düşüncəli, dərrakəli bir xalq var: "Bu insanlar kimin bizneslə məşğul olub, kimin etməyəcəyini yaxşı bilirlər. Kimin onların tərəfində, kimin Amerika və Avropanın tərəfində olduğunu bu xalq yaxşı bilir".
Ağarza Elçinoğlu