"Quru sərhədlərinin açılması həm insanlar, həm də iqtisadiyyat üçün çox vacibdir. Quru sərhədlərinin bağlı olması iqtisdiyyata müəyyən qədər təsir göstərir".

Bunu "Unikal"a açıqlamasında deputat Vahid Əhmədov deyib. O bildirib ki, Gürcüstanla quru sərhədini açmaq olar:

"Orada elə bir ciddi problem yoxdur. Amma digər sərhədlərə baxmaq lazımdır. Müəyyən hadisələr baş verir".

Deputat qeyd edib ki, quru sərhədləri nə qədər tez açılarsa, müəyyən problemlər aradan qalxmış olur: "Bununla yanaşı bildirim ki, ilk növbədə dövlətin təhlükəsizliyi önəmlidir. Bu istiqamətdə problem yaranmasın. Dövlət başçısının səyi nəticəsində Azərbaycanda stabillik mövcuddur. Bunu qoruyub-saxlamaq vacibdir. Həmçinin, iqtisadiyyatın inkişafı üçün sərhədlərin açılmasına ehtiyac var. Açıldıqdan sonra ciddi yoxlamalar olmalıdır. Yəqin ki, Operativ Qərargahda bu məsələlər müzakirə edilir. Onlar vəziyyəti nəzərə alaraq qərarlar verirlər. Lazım olanda quru sərhədlərinin açılması ilə əlaqədar qərar veriləcək".

Anar Kəlbiyev