Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) rəhbərliyin təşəbbüsü ilə ali təhsil müəssisəsinin tələbələri üçün iftar süfrəsi açılıb.
"Unikal" xəbər verir ki, universitetin 1 və 2 sayılı Tələbə evində təşkil olunan iftar süfrəsində iştirak edən ADAU-nun rektoru vəzifəsini icra edən Zəfər Qurbanov tələbələrlə söhbət edib, onların fikir və təkliflərini dinləyib.