Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu müxalifəti ölkəni müharibəyə sürükləməkdə ittiham edib.
"Unikal" xəbər verir ki, diplomatın sözlərinə görə, Türkiyə hazırda Ukrayna münaqişəsi ilə bağlı balanslaşdırılmış siyasət aparır və ölkənin müəyyən tərəfi dəstəkləməsinə ehtiyac yoxdur.
“Ancaq “müəyyən bir tərəfi tutacağıq, tarazlığı pozacağıq” deyənlər hakimiyyətə gəlsələr, Allah eləməsin, ölkəni müharibəyə sürükləyəcəklər”, - Çavuşoğlu Türkiyənin cənubundakı Manavqatda çıxışı zamanı deyib.
Diplomat vurğulayıb ki, Ankara Türkiyənin Krımın Rusiyaya ilhaqını tanımadığı halda belə, bir tərəfi dəstəkləməməlidir .
Mövlud Çavuşoğlu mayın 14-də keçiriləcək seçkilərdə Türkiyə Böyük Millət Məclisinə namizəd kimi iştirak edir .