Rusiya rusiyalı jurnalistlərə ABŞ vizalarının verilməməsini nə unutmayacaq, nə də bağışlayacaq.
"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının qarşıdakı iclaslarında iştirak etmək üçün Nyu-Yorka uçmazdan əvvəl hava limanında jurnalistlərə deyib.
"Ən əsası, arxayın olun, biz unutmayacağıq, bağışlamayacağıq”, - Lavrov deyib.
Onun sözlərinə görə, ABŞ rusiyalı jurnalistlərə viza verməməklə soyuqqanlılıq edib və axmaqlıq edib.