Avropa ölkələri bölgədə naviqasiyanı təmin etmək üçün hərbi dəniz qüvvələrini Tayvan boğazına göndərməlidir.
"Unikal" xəbər verir ki, bunu Aİ diplomatiyasının rəhbəri Josep Borrel deyib.
O qeyd edib ki, Aİ-nin Tayvanla bağlı mövqeyi sadə və ardıcıldır.
Diplomat bildirib ki, Aİ üçün vahid Çin var, lakin “hər hansı bir şərt və güc tətbiq etməklə deyil”.
Borrell qeyd edib ki, Tayvan Avropa üçün vacibdir, ona görə də bu regionda sülhü təmin etmək lazımdır.
“Bizi iqtisadi, kommersiya və texnoloji baxımdan narahat edən bu məsələdə Avropa iştirak etməlidir. Buna görə də mən Avropanın bu son dərəcə vacib ərazidə naviqasiya azadlığına sadiqliyini nümayiş etdirmək üçün Avropa Hərbi Dəniz Qüvvələrini Tayvan boğazında patrul etməyə çağırıram. Eyni zamanda Biz təxribatlara və lazımsız hərəkətlərə qarşı ayıq olmalıyıq”, - diplomat vurğulayıb.