Hollivudun Şöhrət Xiyabanında atışma olub. Nəticədə iki nəfər ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

"Unikal" xəbər verir ki, Hollivud bulvarı ilə Uilkoks prospektinin kəsişməsində yerləşən mağazanın qarşısında avtomobildən 6 nəfər düşüb, onlardan biri atəş açıb. Daha sonra avtomobillə hadisə yerindən qaçıblar.

Polis mağazanın qarşısında başından və kürəyindən yaralanmış bir kişi, içərisində isə ayağından güllə yarası almış bir qadın tapıb.

Hazırda şübhəli şəxslərin axtarışı davam etdirilir, hadisənin baş vermə şəraiti müəyyənləşdirilir.