Türkiyə hakimiyyəti Sudandan 140 vətəndaşının təxliyəsinə başlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Ordu ilə xüsusi təyinatlı qüvvələr arasında toqquşmaların baş verdiyi Sudandan 140 nəfərin təxliyəsi başlayıb. Vətəndaşlar Efiopiya vasitəsilə Türkiyəyə çatdırılacaq”, - XİN bəyan edib.
Qeyd edək ki, Sudanda ordu ilə xüsusi təyinatlı qüvvələr arasında baş verən silahlı qarşıdurmalarda 420 nəfər ölüb.