"Thodex" kriptovalyuta birjasının təsisçisi Faruk Fatih Özer Türkiyədə həbs edilib.
"Unikal" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Özer "təşkilat yaratmaq və idarə etmək", "xüsusi fırıldaqçılıq" və "əmlak sərvətlərinin yuyulması" ittihamları ilə həbs olunub.
Qeyd edək ki, o, bir neçə gün əvvəl Albaniyadan ekstradisiya edilib.