Malinin paytaxtı Bamakoda hərbi helikopter qəzaya uğrayıb.

"Unikal" xəbər verir ki, bu barədə Mali Müdafiə Nazirliyi məlumat yayıb.

Qəza nəticəsində 3 hərbçi həlak olub. Helikopterin patrul vəzifəsindən qayıdarkən qəzaya uğradığı deyilir.

Bildirilir ki, helikopter tikilməkdə olan binaya çırpılıb, hadisə zamanı 6 mülki şəxs yaralanıb.