Meksika prezidenti Andres Manuel Lopes Obrador 3-cü dəfə koronavirusa yoluxub.
"Unikal" xəbər verir ki, bu barədə tviter hesabında paylaşım edən 69 yaşlı prezident özünü normal hiss etdiyini bildirib.
Meksika lideri Yukatan ştatına səfərini təxirə salmağa məcbur olub və yaxın günlərdə ənənəvi səhər mətbuat konfranslarını keçirməyəcək.