Ukrayna Prezidenti Volodimir Zelenski Jitomir vilayətinə səfər edib.
"Unikal" UNİAN-a istinadən xəbər verir ki, səfər çərçivəsində görüş keçirən Ukrayna lideri, xüsusilə Belarusla dövlət sərhədinin möhkəmləndirilməsini müzakirə edib.
"Jitomir vilayətində keçirilən koordinasiya görüşündə bir çox mühüm məsələlər müzakirə olunub. Regiondakı sosial-iqtisadi vəziyyət, dövlət sərhədinin möhkəmləndirilməsi tədbirləri, istehkam və müdafiə mühəndis-texniki strukturlarının təşkili", - deyə Zelenski yazıb.
O, həmçinin əlavə edib ki, görüş zamanı qurudan müdafiə bölmələrinin hazırlıq vəziyyəti, hərbi hissələr və hücum qoşunları üçün şəxsi heyətin yenidən hazırlanması və ixtisasartırma hazırlığı barədə məlumatlar dinlənilib.
Ağarza Elçinoğlu