Türkiyədə terror təşkilatı MLKP-yə qarşı aparılan əməliyyat çərçivəsində mərkəz Eskişəhər olmaqla 8 vilayətdə 10 şübhəli şəxs yaxalanıb.
"Unikal" xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.
Əvvəlcə Eskişəhər Respublika Prokurorluğu tərəfindən terror təşkilatı MLKP-yə qarşı aparılan istintaqda 17 şübhəli saxlanılıb.
Vilayət Təhlükəsizlik Müdirliyi Terrorla Mübarizə və Kəşfiyyat Şöbəsi qrupları Eskişəhər, İstanbul, Ankara, İzmir, Isparta, Hatay, Kayseri və Çanaqqalada bir çox ünvana eyni vaxtda əməliyyat keçirib.
Əməliyyatda 6-sı qadın olmaqla 10 şübhəli saxlanılıb. Bildirilib ki, şübhəlilərin saxlanılması davam edir, qaçan 7 nəfərin tutulması istiqamətində işlər aparılır.
Şübhəlilərin evlərində, təşkilata üzv qəbul etmək üçün istifadə edildiyi iddia edilən gənclik mərkəzlərində aparılan axtarış zamanı əlavələri ilə birlikdə təşkilata aid çoxlu sayda təşkilati sənədlər, qadağan olunmuş nəşrlər, rəqəmsal materiallar, qəzet və jurnallar ələ keçirilib.
Şübhəlilər polis bölməsində dindirilir.