İran parlamenti bazar günü parlamentin spikeri Məhəmməd Bağır Qalibafın sədrliyi ilə keçirilən impiçment iclası zamanı sənaye, mədən və ticarət naziri Reza Fatemi Əmini vəzifəsindən azad edib.
"Unikal" xəbər verir ki, ümumilikdə 162 deputat Fatemi Əminin əleyhinə, 102 deputat isə onun qalmasına səs verib. İki deputat səsvermədə bitərəf qalıb.
İran konstitusiyasına görə, qanunvericilər lazım bildikləri zaman nazirləri impiçment edə bilərlər. Ən azı on imza topladığı təqdirdə impiçment ərizəsi verilə bilər.
Nazirin müdafiəsi üçün impiçment iclasında İran prezidenti İbrahim Rəisi də iştirak edib.
Xatırladaq ki, impiçment təhqiqatı avtomobillərin qıtlığı və bahalaşması və sənaye istehsalının bahalaşması ilə əlaqədar aparılıb.