Bollivud ulduzu Salman Xan ölümlə hədələnir.
"Unikal" xəbər verir ki, qanqsterlərin hədəf siyahısında olan aktyora buna görə Mumbay polisi tərəfindən cangüdənlər verilib. Bu haqda atyor qatıldığı şouların birində danışıb:
"Təhlükəsizlik etibarsızlıqdan yaxşıdır. İndi yolda velosiped sürmək, harasa tək getmək mümkün deyil. Mənim problemim odur ki, tıxacda olarkən orada xeyli mühafizəçi olur, maşınlar başqa adamları narahat edir. Onlar, kasıb fanatlarım da mənə baxırlar. Ciddi təhlükə var, deməli, təhlükəsizlik də var".