Ukrayna Prezidenti Vladimir Zelenski Moskvanın ukraynalıların dronların köməyi ilə Vladimir Putinə hücum etməyə cəhd etməsi ilə bağlı ittihamlarına münasibət bildirib.
"Unikal" xəbər verir ki, bu barədə Şimali Avropa ölkələrinin sammitində mətbuat konfransı zamanı Zelenski bildirib.
“Biz nə Putinə, nə də Moskvaya hücum etmirik. Biz öz ərazimizdə döyüşürük. Biz kəndlərimizi, şəhərlərimizi qoruyuruq. Hətta bunun üçün kifayət qədər silahımız yoxdur, ona görə də onlardan heç bir yerdə istifadə etmirik. Ona görə də bizdə çatışmazlıq var. Ona görə də biz Putinə hücum etməmişik. Bunu tribunalın ixtiyarına buraxaq”, - deyə o bildirib.