İstanbuldan Moskvaya uçan sərnişin təyyarəsi təcili olaraq Soçi hava limanına enib.
"Unikal" xəbər verir ki, bu barədə hava limanının mətbuat xidmətindən məlumat verilib.
“Mayın 3-də “Red Wings” aviaşirkətinə məxsus təyyarənin ekipajı İstanbul hava limanından havaya qalxdıqdan sonra texniki səbəblərdən Soçi hava limanına eniş etmək qərarına gəlib. WZ76 reysi İstanbul-Moskva marşrutu üzrə hərəkət edib. Təyyarə Soçi hava limanına təhlükəsiz eniş edib. Sərnişinlər reyslərin gözləmə zonasında yerləşdirilib, onlarla aviaşirkətin nümayəndəsi işləyir”, - məlumatda deyilir.
Təyyarənin göyərtəsində 44 nəfərin olduğu bildirilib.