Rusiya Federasiyasının tammiqyaslı işğalı nəticəsində Ukraynada 23 760 vətəndaş itkin düşmüş hesab olunur.
"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, müharibə başlayandan indiyədək itkin düşmüş şəxslərlə bağlı 101 543 fakt qeydə alınıb, bundan sonra məlumatlar vahid reyestrə daxil edilib.
"Daha sonra prioritet yoxlama tədbirləri həyata keçirilib. 54 310 nəfər aşkar edilib", - məlumatda qeyd olunub.
Gülayə Mecid