Rusiyanın Krasnodar vilayətinin Severski rayonundakı İlski neft emalı zavodunda güclü yanğın baş verib.
"Unikal" Rusiya KİV-ə istinadən xəbər verir ki, yanğına dron hücumu səbəb olub.
Federasiyanın Krasnodar üzrə Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, neft məhsulları olan çəndəki yanğını səhərə yaxın tam söndürmək mümkün olub.
Qeyd edək ki, bu, son iki günndə Rusiyanın neft zavodlarına edilən üçüncü dron hücumudur.
Ağarza Elçinoğlu