Rusiya yəqin ki, daha geniş ictimai səfərbərliyə şərait yaratmaq üçün Kremlin özünə qarşı hücum təşkil edib.
"Unikal" xəbər verir ki, bu barədə Amerika Müharibə Araşdırmaları İnstitutu (ISW) hesabat yayıb.
"Rusiya, yəqin ki, bu hücumu müharibəni Rusiyanın daxili auditoriyasına çatdırmaq və daha geniş ictimai səfərbərliyə şərait yaratmaq məqsədilə təşkil edib. Bir neçə əlamətə görə, hücumun Rusiya Federasiyası daxilində təşkil edildiyini və hədəfə alındığını söyləmək olar”, - analitiklər qeyd ediblər.
Həmçinin, ISW Rusiya hakimiyyəti bu yaxınlarda, xüsusən də Moskvada hava hücumundan müdafiəni gücləndirmək üçün tədbirlər görüb və buna görə də iki pilotsuz təyyarənin hava hücumundan müdafiə sisteminin bir neçə qatına "nüfuz etməsini" və Kremlin bir qədər yuxarısında partladılmasını və ya vurulmasını çox çətin hesab edir.
Xatırladaq ki, mayın 3-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri Putinə sui-qəsdə cəhd kimi PUA-lardan istifadə edərək Kremlə zərbələr endirməyə çalışıb. Rusiya Müdafiə Nazirliyi məlumatına görə, iki pilotsuz uçuş aparatı (PUA) Kremlə yönəlib. Sözügedən PUA-lar vaxtında görülən tədbirlər nəticəsində sıradan çıxarılıb.
Gülayə Mecid