Kolumbiyada göyərtəsində 7 nəfərin olduğu təyyarə mayın 1-də itkin düşüb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, artıq 4-cü gündür aparılan axtarışlar hələ də nəticə verməyib. 

San Xose şəhərində yoxa çıxan təyyarənin qəzaya uğradığı ehtimal edilir. Səlahiyyətlilər itkin düşən təyyarənin qalıqlarını tapmaq üçün ərazidə yaşayan yerli icmalardan kömək istəyib.

Ağarza Elçinoğlu