Qırğızıstan prezidenti Sadır Japarov Qələbə paradında iştirak etmək üçün Moskvaya gələcək.

"Unikal" xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Erbol Sultanbayev məlumat verib.

Qırğızıstan prezidentinin Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya səfəri mayın 8-nə planlaşdırılıb. Ertəsi gün Qırğızıstan lideri Qələbə Günü şərəfinə Qızıl Meydanda keçiriləcək paradda iştirak edəcək. 

Gülayə Mecid