İranda molla rejiminə qarşı etirazlar zamanı həbs edilənlərin edamı həyata keçirilir.
"Unikal" İran mətbuatına istinadən xəbər verir ki, bu gün daha bir bəluc (Bəlucistan əyalətində etiraza qalxanlar belə adlandırılır - red.) məhbusunun edam hökmü icra olunub. Bununla da son beş gündə edam edilənlərin sayı 19-a çatıb.
Məlumata görə, onlar narkotik cinayətləri və qətllərlə bağlı ittihamlarla edam edilib. Asılan şəxslərdən ikisi qadın olub.
Ağarza Elçinoğlu