Türkiyənin Kahramanmaraş vilayətində baş verən 2 şiddətli zəlzələdən sonra 11 şəhərdə böyük dağıntılar baş verib. Can itkisinin 50 minə çatdığı fəlakət "Əsrin fəlakəti" olaraq qeyd edilib. Bundan sonra Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan 11 vilayətdə 3 aylıq fövqəladə vəziyyət elan etmişdi.  

"Unikal"  xəbər verir ki, AK Partiya sədrinin seçki işləri üzrə müavini Əli İhsan Yavuz zəlzələ bölgələrindəki vəziyyətlə bağlı "CNN Türk"ə açıqlama verib. 

O, baş verən zəlzələlərdən sonra elan edilən fövqəladə vəziyyətin mayın 9-da sona çatacağını bildirib. 

"Fövqəladə vəziyyət mayın 9-da sona çatacaq və uzadılmayacaq. Heç bir maneə yaranmasın, problem olmasın deyə tədbirlər görülüb" , - deyə  rəsmi qeyd edib. 

Gülayə  Mecid