“Son 10 gündə 50 terrorçu məhv edilib”.
"Unikal" xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Türkiyə Silahlı Qüvvələri mayın 3-də Suriyanın şimalında növbəti əməliyyat keçirib: “Həmin əməliyyat nəticəsində 8 terrorçu zərərsizləşdirilib. Beləliklə, son 10 gündə məhv edilən terrorçuların sayı 50-yə çatıb”.