Rusiya prezidenti Vladimir Putin ekstremal vəziyyətlərdə heç vaxt özünü itirmir.
"Unikal" xəbər verir ki bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Qeyri-standart vəziyyətdə Putin özünü sakit və ehtiyatlı aparır, dəqiq göstərişlər verir, ona görə də bununla bağlı yeni heç nə baş verməyib", - Kreml sözçüsü jurnalistlərlə söhbətində vurğulayıb.
Peskov həmçinin prezident iqamətgahına hücumun hərtərəfli araşdırılmasının vacibliyini bəyan edib.
Gülayə Mecid