Son sutkada Ukrayna səmasında Rusiyanın İran istehsalı olan 18 ədəd “Şahed” pilotsuz uçuş aparatı (PUA) vurulub.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib. Məlumata görə, Rusiya ordusu ötən gecə ümumilikdə 24 PUA ilə Ukraynaya hücum edib.
Rusiya ordusu son sutkada Ukrayna ərazisinə 67 dəfə raket zərbəsi endirib. Nəticədə mülki binalar dağılıb.