Ukraynanın korrupsiya prokurorluğu Odessa şəhərinin meri Gennadi Truxanovu saxlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Merin niyə saxlanıldığı barədə məlumat verilməyib.
Mətbuatda yayılan xəbərlərə görə, həbsin səbəbi Truxanovun məhkəmənin əvvəllər müəyyən etdiyi cəriməni ödəməməsi olub.