Pakistanın Hayber-Paxtunxva əyalətində ən azı yeddi müəllim öldürülüb.

"Unikal" geo.tv-yə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Bildirilib ki, naməlum silahlı şəxslər məktəb otağında müəllimləri güllələyib.

Paraçinar şəhərində isə bir müəllim hərəkətdə olan avtomobildə öldürülüb.

Bir gündə öldürülən təhsil işçilərinin ümumi sayı səkkizə çatıb.