Mayın 4-də Gürcüstanın paytaxtı Tbilisinin mərkəzində iki iş adamı arasında atışma olub.
"Unikal" xəbər verir ki, hadisə nəticəsində onlardan biri həlak olub, digəri isə xəstəxanaya yerləşdirilib.
Məlumata görə, Qoqebaşvili küçəsində iş adamları Qiço Marqvelaşvili və Saba Qaxokia arasında toqquşma olub. Qaxokia Marqvelaşviliyə atəş açıb. Lakin Marqvelaşvilinin mühafizəçisi cavab atəşilə Qaxokianı öldürüb. Marqvelaşvili isə hazırda əməliyyat olunur. O, ayaqlarından yaralanıb.
Bildirilir ki, atışmadan əvvəl “Lavera” restoranında 15-ə yaxın adamın iştirakı ilə dava olub.