Çinin Ottavadakı səfiri Konq Peivu Çin diplomatının deputatı və onun ailə üzvlərini qorxutması ilə bağlı iddialara görə Kanada Xarici İşlər Nazirliyinə çağırılıb.
"Unikal" xəbər verir ki, bu barədə “The Globe and Mail” məlumat yayıb.
Kanadanın xarici işlər naziri Melani Coli parlament üzvlərinə səfirin cümə axşamı çağırılması barədə məlumat verib. O qeyd edib ki, çinli diplomata Ottavanın “onun daxili işlərinə heç bir müdaxiləyə dözməyəcəyi” bildirilib. Colinin sözlərinə görə, Kanada hazırda Çin diplomatlarının ölkədən çıxarılmasına qədər “bütün variantları” nəzərdən keçirir.