Ukraynadakı müharibədə iştirak edən Rusiya "Vaqner" özəl hərbi dəstəsinin rəhbəri Yevgeni Priqojin öldürülən rus hərbçilərinin cəsədlərinin görüntülərini yayıb.
"Unikal" Rusiya KİV-ə istinadən xəbər verir ki, o, Ukrayna ordusu tərəfindən öldürülən muzdluların cəsədləri fonunda Rusiya Federasiyasının hərbi rəhbərliyinə videomüraciət edib.
O, sursat çatışmazlığının 70%-ə çatdığını bildirərək Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovu sərt təhqir edib.
"Bizdə 70% sursat çatışmazlığı var. Şoyqu, Gerasimov, sursat haradadır? Məxluqlar, bahalı klublarda oturursunuz. Övladlarınız əylənir, YouTube-da videolar çəkirlər. Düşünürsən ki, siz bu həyatın ağalarısınız. Elementar hesablamalar var - sursat normasını versəniz, beş dəfə az ölü olar. Onlar burada könüllü olublar və sizin kabinetlərinizdə kökəlməyiniz üçün ölürlər...", - deyə o bildirib.
Ağarza Elçinoğlu