"Ukrayna Kremlə PUA hücumunu təşkil edə bilər".
"Unikal" xəbər verir ki, bunu Böyük Britaniyanın "Financial Times" qəzeti bir sıra mənbələrə və ekspertlərə istinadən yazıb.
Mənbələr qeyd edirlər ki, Moskva çətin ki, Kremlə zərbələr endirsin, çünki bu, Vladimir Putinin acizliyini göstərmiş olacaq.
Bundan başqa, bildirilir ki, Ukraynanın Kremli məğlub etmək üçün imkanları var:
“Ukrayna göstərdi ki, o, kommersiya məhsulunu rəfdən çıxara, miqyasını genişləndirə və sonra onu öldürücü məqsədlər üçün yaradıcı şəkildə istifadə edə bilər. Ukraynanın dronların köməyi ilə əvvəlki hücumları isə belə zərbələrdən müdafiənin nə qədər çətin olduğunu göstərdi”.