Azərbaycandan Naxçıvana, eləcə də Türkiyəyə mallar və insanlar sərbəst hərəkət edə bilər.
"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan Ankarada jurnalistlərlə söhbətində deyib.
O, Ermənistanın Azərbaycanla sülh müqaviləsi bağlamağa hazır olduğunu və bunda maraqlı olduğunu açıqlayıb: "Ermənistan Respublikasının Azərbaycana qarşı heç bir ərazi iddiası yoxdur. Biz regionun kommersiya baxımından açılmasında heç bir problem görmürük. Ermənistanın qanunvericiliyi və suverenliyi nəzərə alınmaqla Azərbaycandan Naxçıvana, eləcə də Türkiyəyə mallar və insanlar sərbəst hərəkət edə bilər".
Ağarza Elçinoğlu