Gürcüstan hakimiyyəti Kazbegi-Yuxarı Lars gömrük məntəqəsində aparılan təmir işləri ilə əlaqədar Rusiyadan avtomobillərin ölkəyə girişini müvəqqəti məhdudlaşdırıb.
"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.
Qeyd olunur ki, Gürcüstan-Rusiya sərhədində fəaliyyət göstərən yeganə buraxılış məntəqəsi mayın 5-dən bağlanıb.
Nazirlik Gürcüstana avtomobillə getmək istəyən turistlərə yükdaşımaları üçün nəzərdə tutulan yoldan istifadə etməyi tövsiyə edib.
Nazirlik məhdudiyyətlərin insanlara şamil olunmadığını vurğulayıb.
Ağarza Elçinoğlu