İsveç tarixində ilk dəfə terror təşkilatı PKK/YPG üçün pul toplayan şəxsin mühakimə olunacağını bildirib.
"Unikal" xəbər verir ki, bu barədə prokuror dövlət radiosu SR-ə açıqlama verib.
Müstəntiq Hans İhrman , "PKK İsveçdə şantaj yolu ilə pul toplamaqda ittiham olunur. Bu, uzun müddətdir mütəşəkkil şəkildə həyata keçirilən daha əhatəli fəaliyyətlərin bir hissəsidir. İstintaq dərinləşdikcə dərinləşir”-deyə bildirib.
Şübhəlinin bir neçə həftə sonra mühakimə olunacağını deyən İhrman , "PKK-ya pul vermək üçün şantajın digər ölkələrdə olduğu kimi İsveçdə də köklü bir üsul olduğuna dair sübut əldə etdik. Bir neçə həftədən sonra İsveçdə terror təşkilatı sayılan PKK üçün pul toplayın şəxsə qarşı iddia açılacaq” .
Hadisənin ciddi cinayət kimi qiymətləndirilməsi lazım olduğunu qeyd edən İhrman, "Bu işdə terroru maliyyələşdirməyə cəhd ciddi cinayət kimi qiymətləndirilməlidir, çünki pulların terror hücumlarına getməsi riski var idi. Təkcə 2022-ci ildə PKK dünya miqyasında 54 terror hadisəsi törədib ki, bu hücumlarda çoxlu sayda mülki insan həlak olub. '
İsveç mediası xəbər verir ki, yanvar ayında saxlanılan şübhəli restorana girib PKK üçün pul tələb etdikdən və silahla atəş açdıqdan sonra "terrorçuluğu maliyyələşdirməkdə və qəsb etməkdə şübhəli bilinərək" həbs edilib .