"“Nemesis” abidəsi məsələsində yanlış qərar verilib və bu qərarın icrası da yanlış olub".
"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mayın 5-də “Azadlıq” radiosuna müsahibəsində deyib.
O, abidənin ucaldılması qərarını hökumətin vermədiyini bir daha təkrar edərək, demokratiyanın ən böyük çatışmazlıqlarından biri kimi hökumət başçısının hamıya nəzarət edə bilmədiyini deyib.
Bəli, bu bizim komandadır. Bu, emosional fonda və Ermənistanda çoxlarının bir çox xəyanətkar hesab etdiyi və bir çoxlarını xəyanətə görə edamla hədələdiyi bir vəziyyətdə baş verdi. Dərin problemlər var”, - Paşinyan vurğulayıb.