"Vaqner" özəl hərbi qrupunun rəhbəri Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyquya döyüşçülərinin Baxmutdakı mövqelərinin köçürülməsi barədə göstəriş verməsini xahiş edib.
"Unikal" xəbər verir ki, bu barədə iş adamı nazirə bəyanat göndərib.
O, "Vaqner" hərbçilərinin mövqelərinin 10 may saat 00:00-a qədər Çeçenistanın Axmat batalyonunun hissələrinə verilməsini istəyib.
Qeyd edək ki, Priqojin sursatı çatışmazlığı səbəbindən Baxmutdan geri çəkiləcəklərini açıqlamışdı.
Ağarza Elçinoğlu