Gəncədə Ümummilli Lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın xatirəsinə ağacəkmə aksiyası keçirilib
"Unikal" xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırığına uyğun olaraq, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin və görkəmli alim-oftolmoloq, akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyləri münasibətilə ağacəkmə aksiyası təşkil olunub.
Azərbaycan Bayrağı küçəsində təşkil edilən aksiyada Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Aparatın məsul əməkdaşları, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi iştirak edib.
Burada yerli iqlim şəraitinə uyğunlaşdırılmış 200 ədəd sərv ağacları əkilib, onlara xüsusi aqrotexniki qulluq göstərilib, suvarılması təmin edilib.
Qeyd edək ki, əkilən ağac tinqləri MKTİB-nin Yaşıllaşdırma şöbəsinin gülçülük sahəsində yetişdirilib. Eyni zamanda, aksiya keçirilən əraziyə Gülçülük sahəsində becərilən mövsümü gül kolları də əkilib.