Hindistanın şimal-şərqində etnik qruplar arasında toqquşma baş verib.
"Unikal" xəbər verir ki, toqquşma nəticəsində 54 nəfər ölüb.
Hakimiyyət asayişi bərpa etmək üçün bölgəyə təcili qoşun yeridib: "Səlahiyyətlilər interneti bağladılar və iğtişaşların qarşısını almaq üçün ekstremal hallarda güllələnmə əmri verdilər".
Təhlükəsizlik qüvvələri etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib, iğtişaşçılar avtomobilləri və evləri yandırıb.
Ağarza Elçinoğlu