Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkənin müxalifət qüvvələrinin Rusiyaya qarşı sanksiyalara qoşulmasının zəruriliyi ilə bağlı bəyanatlarını tənqid edib.
"Unikal" xəbər verir ki, xarici işlər naziri “Habertürk”ə müsahibəsində belə tədbirləri riskli adlandırıb.
“Bu bəyanatlar daxili iqtisadiyyat və enerji üçün çox risklidir. Bunu anlamaq lazımdır”, - Çavuşoğlu bildirib.