Fransanın daxili işlər naziri Gerald Darmanen İtaliyanın baş naziri Giorgia Meloninin miqrasiya problemlərini həll edə bilməyəcəyini bildirib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, DİN rəhbərinin sözlərinə görə, Meloni immiqrasiya böhranına son qoya biləcəyini deyərək seçiciləri aldadıb.
Fransalı nazirin bu sözləri İtaliya mətbuatında səs-küyə səbəb olub. Sözügedən açıqlamaya görə, İtaliyanın xarici işlər naziri Antonio Tajani Parisə planlaşdırılan səfərini ləğv edib. O, Fransadan bütün italyanları və baş naziri təhqir etdiyinə görə üzr istəməsini tələb edib.
Ağarza Elçinoğlu