Norveç kralı V Harald xəstəxanaya yerləşdirilib.
"Unikal" xəbər verir ki, bu barədə “Reuters” kral ailəsinin bəyanatına istinadən məlumat yayıb.
Bildirilir ki, 86 yaşlı monarxın vəziyyəti stabildir və daha bir neçə gün xəstəxanada qalacaq.
Qeyd edək ki, V Harald 1991-ci ildə atası V Olafın ölümündən sonra taxta çıxıb.