Hacıqabulun Udulu kəndində 25 yaşlı gənci ilan sancıb.
"Unikal" xəbər verir ki, kənd sakini, 1998-ci il təvəllüdlü Ağayev Mirkamil Sahil oğlu təsərrüfat işləri ilə məşğul olarkən onu ilan sancıb.
Zərərçəkmiş Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəyə ilan zəhərinə qarşı zərdab vurulub və digər zəruri tədbirlər görülüb.
M.Ağayevin vəziyyəti ağır olduğundan o, Bakı şəhərinə göndərilib.