Siyəzəndə yanğın olub.

"Unikal" FHN-in saytına istinadən xəbər verur ki, Siyəzən şəhərində ümumi sahəsi 150 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 80 m² sahədə yanıb.

Evin qalan hissəsi, bitişik qonşu ev və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.