10 may 2023-cü il tarixində Lökbatan qəsəbəsi, Heydər Əliyev Parkında  Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş bayram konserti keçirilib.  

"Unikal" xəbər verir ki, konsertdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatları Aydın Hüseynov və Səbinə Xasayeva, YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, rayon icra hakimiyyəti başçısı yanında Şuranın üzvləri, şəhid ailələri, qazilər, əsgərlər, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Konsertdə Xalq artisti İlqar Muradov, Əməkdar artist Sevinc Sarıyeva,  Müdafiə Nazirliyi Hərbi orkestrinin solistləri  Nigar Rəhimova və  Mətləb Ağayev,  IV Muğam müsabiqəsinin qalibi Zümrüd Məmmədova  və digər müğənnilər Ulu Öndərə ithaf olunmuş mahnılar və onun sevdiyi şərqiləri səsləndirdilər. Rəqslər nümayiş olundu.  5000 nəfərdən çox insan konsertə tamaşa edib.  

Konsert proqramı atəşfəşanlıqla sona çatıb.