Türkiyədə prezident və parlament seçkilərində səsvermə başa çatıb.

"Unikal" xəbər verir ki, yerli vaxtla saat 17:00-da səsvermə yekunlaşıb.

Hazırda ölkədəki seçki məntəqələrində səslərin sayılmasına başlanılır.

İlkin nəticələrin yaxın saatlarda açıqlanacağı gözlənilir.

 

xxx

09:00

Türkiyədə prezident və parlament seçkiləri ilə əlaqədar səsvermə başlayıb.

"Unikal" xəbər verir ki, mayın 14-də yerli vaxtla səhər saat 08:00-da seçki məntəqələri açılıb.

Səsvermə yerli vaxtla saat 17:00-də başa çatacaq.

Bu seçkilər üzrə 64 milyon 113 min 941 nəfər seçici qeydə alınıb.

Prezident postu uğrunda 3 namizəd mübarizə aparır. Bunlar “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və “Ata İttifaqı”nın namizədi Sinan Oğandır.